Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib

Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sabiq sədri Vasif Talıbovun vəzifədə olduğu dövrdə imzaladığı 47 fərman ləğv edilib. Bu barədə Apa məlumat yayıb.
Qərara əsasən, Ali Məclis sədrinin müxtəlif dövlət qurumlarının yaradılması, fəaliyyətinin təşkili, strukturlarının və əsasnamələrinin təsdiqi ilə bağlı fərmanları qüvvədən düşüb.
Ləğv edilən fərmanlar arasında Naxçıvan MR-in İqtisadi İnkişaf, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Rabitə, Kənd Təsərrüfatı və Nəqliyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Baytarlıq Xidməti və digər qurumlarla bağlı sənədlər var.
Həmçinin Naxçıvan Muxtar Respublikasının fəxri adları, Ombudsman institutu, sənaye parkları, dövlət qulluğu və turizm sahələrini tənzimləyən bir sıra fərmanlar da ləğv edilib.
Qərarla bəzi digər fərmanlara da dəyişiklik edilib.
























