• $
  • £

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları təsdiq edilib

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları təsdiq edilib
27.05.2023 12:27
Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsinin yeni qaydaları təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu qaydalar məhkəmə ekspertizası idarələrinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisas dərəcəsinin verilməsi məsələlərini tənzimləyir.

"Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq məhkəmə ekspertləri 5 (beş) ildə 1 (bir) dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 (iyirmi) ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.

Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə-tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir.

İxtisas dərəcəsinin verilməsində məqsəd ekspertin peşəkarlıq səviyyəsini təsdiq etmək və onu peşəkarlıq səviyyəsini artırmağa həvəsləndirməkdir.

Tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – dövlət orqanları) yaratdığı ekspert-ixtisas komissiyaları (bundan sonra – komissiya) tərəfindən, özəl məhkəmə ekspertlərinin attestasiyası isə AzərbaycaRespublikası Ədliyyə Nazirliyinin yaratdığı komissiya tərəfindən keçirilir.

1.6. Komissiyanın formalaşdırılması, fəaliyyətinin təşkili qaydası, habelə üzvlərinin səlahiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” ilə müəyyən olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Cəmiyyət 12:24
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Cəmiyyət 12:13
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Bakıda genişmiqyaslı iməclik keçirilib
Cəmiyyət 12:00
Bakıda genişmiqyaslı iməclik keçirilib
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Cəmiyyət 10:44
Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var
Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
Cəmiyyət 10:10
Ötən gün Azərbaycanda narkotiklərlə bağlı 37 fakt aşkarlanıb
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
Cəmiyyət 09:53
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib
Cəmiyyət 23:58
"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib
Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Cəmiyyət 22:59
Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Qubada zəlzələ olub - Yenilənib
Cəmiyyət 22:19
Qubada zəlzələ olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol