• $
  • £

Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr aparılıb

Azərbaycanla Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr aparılıb
30.05.2023 20:53
30 may 2023-cü il tarixində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

XİN-dən  bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Gorüş zamanı, Xəzər dənizində beştərəfli əməkdaşlığa aid olan geniş spektrli məsələlər müzakirə olunub.

29 iyun 2022-ci il tarixində keçirilən Xəzəryanı dövlətlərin altıncı Zirvə Toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun gündəliyi ilə bağlı məsələlərə dair mövqelərin dəqiqləşdirilməsinin qarşılıqlı anlaşmaya və qrupun növbəti iclasının səmərəliliyinə töhfə verəcəyi vurğulanıb.

Məsləhətləşmələr zamanı Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzəryanı dövlətlər arasında razılaşma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Siyasət 14:11
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
ABŞ Azərbaycanı TRIPP üzrə danışıqlar barədə məlumatlandırır — Bayramov
Siyasət 13:34
ABŞ Azərbaycanı TRIPP üzrə danışıqlar barədə məlumatlandırır — Bayramov
Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
Siyasət 10:04
Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Siyasət 21:12
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Siyasət 18:49
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Siyasət 12:15
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Siyasət 14:00
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Siyasət 13:56
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Putin Əliyevə zəng edib
Siyasət 13:14
Putin Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol