Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 36%-ə endirib
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 37%-dən 36%-ə endirib. Qərar Pul Siyasəti Komitəsinin iclasında qəbul edilib.
Mərkəzi Bank gecəlik kreditləşmə dərəcəsini 40%-dən 39%-ə, gecəlik borclanma dərəcəsini isə 35,5%-dən 34,5%-ə salıb.
Bank qərarını şərh edərkən bildirib ki, aylıq göstəricilərdə dalğalanmalara baxmayaraq, son inflyasiya məlumatları və aparıcı göstəricilər ümumi inflyasiyanın azalma meylini təsdiqləyir.
“İqtisadi aktivlik göstəriciləri və təklif amillərinin daxili qiymətlərə məhdud təsiri daxili tələbatın hələ də zəif olduğunu göstərir”, – bankın açıqlamasında qeyd olunub.
Bununla yanaşı, Mərkəzi Bank geosiyasi gərginlik və enerji qiymətlərinin artmasının inflyasiya riskləri yaratmağa davam etdiyini vurğulayıb
Son xəbərlər
Daha çox