Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
Bakı və Sumqayıt şəhərlərində dövlət tibb müəssisələri mövsümi qripə qarşı vaksinlərlə təmin olunub və peyvəndlənməyə başlanılıb. Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən bu il də ölkəyə mövsümi qripə qarşı vaksinlər gətirilib. Regionlarda vaksinlərin tibb müəssisələrinə çatdırılması mərhələli şəkildə davam edir.
Bu il Niderland istehsalı olan “Influvac Tetra” dördlü qrip vaksini istifadə olunur. Peyvənd qripə yoluxma riskini, xəstəliyin ağır keçməsi və hospitalizasiya ehtimalını azaltmağa kömək edir.
Peyvəndlənmə xüsusilə risk qruplarına daxil olan şəxslərə — 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, xroniki xəstəlikləri və immun sistemi zəifliyi olanlara, hamilə qadınlara və tibb işçilərinə tövsiyə edilir.
Qripə qarşı vaksinasiya könüllüdür. Peyvənd olunmaq istəyənlər ərazi üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Son xəbərlər
Daha çox