• $
  • £

BP Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir - Birrell

BP Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir - Birrell
01.06.2023 12:19
Böyük Britaniyanın  ВР şirkəti Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir. Bu barədə şirkətin icraçı direktoru Qordon Birrell bildirib.

"Bp hazırda  Azəri-Çıraq-Günəşli yataqlarının dərinsulu hissəsindəki qaz ehtiyatları haqqında daha ətraflı məlumat əldə etmək üçün "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda qiymətləndirmə quyusu qazır. Eyni zamanda, "Şahdəniz” yatağında kəşfiyyat quyusunun qazılması üzrə işlər aparılır. Ümid edirəm ki, bu işlərin nəticəsində böyük qaz kəşfləri olacaq ki, bu da Avropaya qaz ixracını artırmağa imkan verəcək”, - cümə axşamı Birrell Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Şirkətin prioritetləri barədə danışan Birrell BP-nin strategiyasını yenilədiyini vurğulayıb. Onun sözlərinə görə, BP qısa geri qaytarılma dövrü ilə neft-qaz layihələrinə investisiyaları ildə 1 milyard dollar artırmağı planlaşdırır. Eyni zamanda, şirkət öz səylərini aşağı karbonlu enerji mənbələrinin inkişafına yönəldib.

"Biz enerji səmərəliliyinə sadiq qalırıq. Bununla bağlı Azərbaycanda Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini planlaşdırırıq” , - Birrel deyib. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:54
Azərbaycan nefti bahalaşıb
SOCAR İtaliyanın Italiana Petroli şirkətinin 99,82% səhminin alınmasını tamamlayıb
İqtisadiyyat 19:44
SOCAR İtaliyanın Italiana Petroli şirkətinin 99,82% səhminin alınmasını tamamlayıb
Parlamentin növbəti iclası mayın 12-də keçiriləcək
İqtisadiyyat 15:06
Parlamentin növbəti iclası mayın 12-də keçiriləcək
Rauf Namazov: "Maliyyə institutları yenilikləri tətbiq edərkən riskləri öncədən hesablamalıdır"
İqtisadiyyat 13:06
Rauf Namazov: "Maliyyə institutları yenilikləri tətbiq edərkən riskləri öncədən hesablamalıdır"
Cavid Rzayev: "Müştərilərimizin 80%-i rəqəmsal dünyadadır"
İqtisadiyyat 12:42
Cavid Rzayev: "Müştərilərimizin 80%-i rəqəmsal dünyadadır"
ABB BTB Bankın 295 milyon manatlıq aktiv portfelinin transferini qiymətləndirib
İqtisadiyyat 11:45
ABB BTB Bankın 295 milyon manatlıq aktiv portfelinin transferini qiymətləndirib
ABB yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, IPO investorlarının sayı artır
İqtisadiyyat 11:34
ABB yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, IPO investorlarının sayı artır
ABB Körfəz investorlarından cəlb etdiyi maliyyənin həcmini 230 milyon dollara çatdırıb
İqtisadiyyat 10:56
ABB Körfəz investorlarından cəlb etdiyi maliyyənin həcmini 230 milyon dollara çatdırıb
ABB Özbəkistan bazarına daxil olmağı planlaşdırır
İqtisadiyyat 10:21
ABB Özbəkistan bazarına daxil olmağı planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol