FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan U-16 milli komandasının oktyabrın 22-də Hövsan Yarış Kompleksində açıq məşqi keçiriləcək.Bu barədə AFFA məlumat yayıb.
Saat 16:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Məşqdən əvvəl baş məşqçinin iştirakı ilə brifinq təşkil ediləcək.
Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də Andorra və Avstraliya, oktyabrın 26-da isə İsrail və Haiti yığmaları ilə qarşılaşacaq.
Oktyabrın 30-dək davam edəcək turnirdə 189 ölkənin iştirakı və 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.