• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
16.10.2026 19:19

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə qurumun üzvlərini təbrik edib.

Təbrik məktubunda 1996-cı ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Paralimpiya Komitəsinin təsis edilməsinin ölkədə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaratdığı bildirilib.

Dövlət başçısı Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviqinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun inkişafı paralimpiyaçıların nailiyyətlərinin artmasına şərait yaradıb.

Prezident məktubunda paralimpiyaçıların Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları uğurları onların yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının göstəricisi kimi dəyərləndirib.

İlham Əliyev əminliyini ifadə edib ki, Milli Paralimpiya Komitəsi bundan sonra da ölkədə paralimpiya hərəkatının inkişafına və beynəlxalq idman arenalarında Azərbaycan bayrağının yüksəldilməsinə töhfə verəcək.

Dövlət başçısı paralimpiyaçıları və bu hərəkatın inkişafında əməyi olan hər kəsi təbrik edərək onlara yeni qələbələr arzulayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol