• $
  • £

Azərbaycanda inflyasiya 13,1% təşkil edib

Azərbaycanda inflyasiya 13,1% təşkil edib
12.06.2023 17:39
2023-cü ilin yanvar-mayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8%, qeyri-ərzaq məhsulları üzrə 11,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 % artıb.
 
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,4% azalıb, ötən ilin aprelinə nisbətən isə 11,5 % artıb.
 
Cari ilin yanvar-aprelinin yekununda illik inflyasiya 13,5% olub.
 
Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi aprellə müqayisədə 0,3 %, ötən ilin mayına nisbətən 10,5 % artıb.
 
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Azərbaycanda orta illik inflyasiya 2021-ci ildəki 6,7%-ə qarşı 2022-ci ildə 13,9% təşkil edib.  Azərbaycan hökuməti inflyasiyanın artımını dünyada idxalın bahalaşması və ərzaq məhsullarının qiymətinin artması ilə əlaqələndirir.

2023-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozu 8,3% təşkil edir.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Birinci rübdə bu qədər "yaşıl enerji" istehsal edilib
İqtisadiyyat 09:32
Birinci rübdə bu qədər "yaşıl enerji" istehsal edilib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - məzənnə
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2025-ci ildə $4,9 mlrd-ı ötüb
İqtisadiyyat 16:03
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2025-ci ildə $4,9 mlrd-ı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol