• $
  • £

Əhalinin gəlirləri ən azı infilyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır - ŞƏRH

Əhalinin gəlirləri ən azı infilyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır - ŞƏRH
14.06.2023 23:35
Azərbaycanda 2023-cü ilin  ilk beş ayında  2022-ci ilin yanvar-mayı ilə müqayisədə  inflyasiya 12,8% təşkil edib. Cari ilin ilk beş ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 15,1%, qeyri-ərzaq malları 11,3%, xidmətlər 10,7% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

 
Statistik məlumatlara görə, apreldə ət və ət məhsulları 1,4%, süd və süd məhsulları 0,1%, meyvələr 2,3%, qənd, cem, bal, şokolad və konfetlər 0,3%, çay, qəhvə, kakao 0,2%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,6%, spirtli içkilər 0,4%, tütün məmulatları 3,3% bahalaşıb.

Apreldə çörək, çörək məmulatları və yarmalar 0,5%, balıq və balıq məhsulları 0,6%, yumurta 2,8%, kərə və bitki yağları 0,6%, tərəvəzlər 1,7% ucuzlaşıb.
  
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, əhalinin gəlirləri ən azı infilyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır.
 
"Ümumiyyətlə ərzaq infilyasiyası və əhalinin gəlirlərində olan artımlar arasında hər hansı bir əlaqə yoxdur. Bu da tam təbii haldır, yəni biri o birindən üstün
də ola bilər. Adətən dünya itqisadiyyatında iqtisadi durum normal olduğu vaxtlarda əhali gəlirləri infilyasiyanı üstələyir. Bu da əhalinin vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır, amma iqtisadi böhranlar yaşandığı zaman artıq əhalinin gəlirlərində olan artım, infilyasiya artımlarına çata bilmir. Nəticədə xəclər artır və bu əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Ərzaq infilyasiyası ötən il daha yüksək səviyyədə olub və hazırki vəziyyətdə ərzaq infilyasiyasında azalma var. Yaxşı olardı ki, əhalinin gəlirləri də ən azı infilyasiya səviyyəsinə uyğunlaşdırılsın”, - ekspert bildirib.
 
Əmirov bildirib ki, ərzaq  və ümumi infilyasiya biri-birindən fərqlidir və ümumi infilyasiya hazırda əhali gəlirlərinin artımından aşağdır.
 
2023-cü il aprelin sonuna Azərbaycanda orta illik inflyasiya 13,5% (martın sonuna 13,8%) təşkil edib. Ərzaq malları üzrə orta illik inflyasiya 16,6%, qeyri-ərzaq malları üzrə 11,8%, xidmətlər üzrə 10,7% səviyyəsində olub.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü növbəti ayları üçün Azərbaycanda orta illik inflyasiya 10,3% təşkil edəcək.

2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% olub.
 
Eltac Nurullazadə 
 
 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Birinci rübdə bu qədər "yaşıl enerji" istehsal edilib
İqtisadiyyat 09:32
Birinci rübdə bu qədər "yaşıl enerji" istehsal edilib
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - məzənnə
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2025-ci ildə $4,9 mlrd-ı ötüb
İqtisadiyyat 16:03
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2025-ci ildə $4,9 mlrd-ı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol