• $
  • £

Qazaxda Vaqif Poeziya Günlərinə start verilib

Qazaxda Vaqif Poeziya Günlərinə start verilib
13.07.2023 19:01
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 13-də şairin doğma şəhərində - Qazaxın Yuxarı Salahlı kəndində Vaqifin büstünə gül qoyulmaqla başlayıb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə,Mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar və şairlər Qazax şəhərinin mərkəzindəki "Mütəfəkkirlər parkı”nda toplaşıblar.

Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm "Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi oldu. 2021-ci ildən başlayaraq hər iki layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

O qeyd edib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir:
"Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin vətənində - Qazaxda start götürürdü, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın. Bu gün artıq layihəyə start verilib”.

Ədəbiyyatşünas Rüstəm Kamal çıxışında qeyd edib ki, Vaqif yazılı ədəbiyyatımızın milli etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən nur, işıq, şölə sözləridir.

"Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu bizim mədəniyyətimizi, ədəbiyyatımızı klassiklərimizi himayə edir. Onların yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Bir ziyalı kimi ölkə rəhbərliyinə təşəkkür edirəm”, - deyə o, əlavə edib.

Şair-publisist Əkbər Qoşalı bildirib ki, sabah Vaqifin vətənindən – Qazaxdan Şuşaya yola düşəcək, orada poeziya günlərində iştirak edəcəklər. Bu tədbirin həm də türk dünyasının mədəniyyət paytaxtında türk dünyasından gəlmiş şair və yazıçıların iştirakı ilə keçirilməsi mühüm hadisədir.

Şair İbrahim İlyaslı da Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Daha sonra söz şairlərə və aşıqlara verilib, Molla Pənah Vaqifin qəzəlləri səslənib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol