• $
  • £

Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üçün İşçi qrup yaradılıb

Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üçün İşçi qrup yaradılıb
23.09.2023 13:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasından  verilnə xəbərə görə, İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir.

İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, "Azərenerji” ASC, "Azərişıq” ASC, "Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.
2023-cü il sentyabrın 20-dən etibarən İşçi Qrup tərəfindən aşağıdakı tədbirlər həyata keçirilib:
• 2023-cü il sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb;

• Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir;

• Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək;

• Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur;

• Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır;

• BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Siyasət 14:00
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Siyasət 13:56
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Putin Əliyevə zəng edib
Siyasət 13:14
Putin Əliyevə zəng edib
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Siyasət 10:56
Azərbaycanla İran Astara yük terminalında işlərin tamamlanması istiqamətində müzakirələr aparıb
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Siyasət 19:17
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Sahibə Qafarova ABŞ-yə səfər edib
Siyasət 18:56
Sahibə Qafarova ABŞ-yə səfər edib
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Siyasət 15:19
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Prezident Esvatini Kralını təbrik edib
Siyasət 11:40
Prezident Esvatini Kralını təbrik edib
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:28
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol