Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında çıxış edib - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, nazir sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənib.
Nazir bildirib ki, son illərdə dünyada dini dözümsüzlük, ayrı-seçkilik tendesiyası, nifrət, islamofobiyanın geniş vüsət aldığı bir vaxtda Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma və hörmət vəhdətinin mövcud olduğu ölkədir.
Ceyhun Bayramov Azərbaycanın qlobal səylərə öz töhfəsini verməkdə davam etdiyini deyib.
Nazir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın reallaşdırdığı genişmiqayaslı layihələrdən söz açıb.
19:41
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X” platformasında qeyd edib.
Bayramov Azərbaycan dövlətinin bəyanatını səsləndirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək