İkinci Qarabağ Müharibəsinin başlamasından 3 il ötür - FOTOLAR
Bu gün Azərbaycanda İkinci Qarabağ Müharibəsinin başlamasından 3 il ötür. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə anım günü kimi qeyd olunur.
Anım Günü ilə əlaqədar ölkə ərazisində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.
İkinci Qarabağ Müharibəsində Azərbaycan tərəfi 2908 şəhid verib. Müharibədən sonra da Ermənistanla sərhəddə baş verən müxtəlif təxribatlarda Azərbaycanın şəhidləri olub.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh sənədi üzərində işlər davam edir. Paralel olaraq Ermənistanın Qarabağdakı silahlıları oranı tərk etməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycan tərəfi bildirib ki, Qarabağda yaşayan erməniəsilli vətəndaşlar Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda bütün təhlükəsizliyi təmin olunacaq.
Ermənistan mətbuatının yazdığına görə 3 gün ərzində Qarabağı 20 mindən çox erməni vətəndaşı tərk edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək