• $
  • £

Vardaryanı neçə il həbs cəzası gözləyir? - AÇIQLAMA

Vardaryanı neçə il həbs cəzası gözləyir? - AÇIQLAMA
27.09.2023 16:56
Qarabağda separatçı rejimin "dövlət naziri" Ruben Vardaryan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Laçın sərhəddini keçmək istəyən zaman saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 
 
Vəkil Səməd Vəkilovun açıqlamasına görə, Vardaryanı 15 ildən çox cəza gözləyir.  

"Vardanyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və "Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə cinayət işi başlana bilər. İstintaqın gedişi zamanı Ruben Vardanyanın əməlində digər cinayət əməllərinin tərkib əlamətləri də müəyyən edilərsə, onu 15 ildən çox cəza verilə bilər”, - vəkil əlavə edib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bildirir ki, Ruben Vardaryanın Azərbaycan tərəfindən saxlanılaraq, Bakıya gətirilməsi hadisənində Rusiya tərəfindən təzyiqlərin olacağı gözlənilmir.
 
"Separatçı rejimin "dövlət naziri" Ruben Vardaryanın saxlanılmasından sonra Rusiya tərəfdən təzyiqlərin olacağını düşünmürəm. Onun üçün müəyyən addımlar atıla bilər. Ancaq bunun heç bir faydası yoxdur. Azərbaycan bu məsələdə qanunvericilin tələblərini gözləyərək, hüquqi addımlar atacaq",- deputat bildirib.
 
Rusiya prezidentinin sözçüsü Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, Vardaryan Rusiya vətəndaşı olduğu halqda onun hüquqları qorunacaq. 
 
Ruben Vardaryan Qarabağdakı vəzifəsindən fevralda istefa verib. O bu vəzifəyə 2022-ci il gətirilmişdi. 

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol