• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Avropada COVID-19-a yoluxma halları sürətlə artır-KİV

Avropada COVID-19-a yoluxma halları sürətlə artır-KİV
03.10.2023 15:32
Avropada COVID-19-a yoluxma halları və bu səbəbdən xəstəxanaya yerləşdirilmələr sürətlə artır. Bu barədə "Euronews” məlumat yayıb.

Bildirilib ki, Fransada artıq peyvəndlənmə ilə bağlı yeni kampaniya başlayıb.
 
"Bir çox Avropa ölkələrindən insanlar gücləndirici dozanın qəbul olunmasına çağırılır. Fransa, Almaniya, İspaniya, Polşa və Bolqarıstanda vaksinasiya ilə bağlı çağırış edilir”,- məlumatda bildirilib.

Bununla belə, Almaniya Səhiyyə Nazirliyindən bildirilib ki, hələ ki ölkədə ümumi karantinə ehtiyac yoxdur.

İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, ehtiyac olarsa, yeni tədbirlər görülə bilər.
 
Azərbaycanda son 1 həftədə koronavirus (COVID-19) infeksiyasına 380 yeni yoluxma faktı olub, nəfər olub 221 nəfər isə sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilir ki, indiyədək ölkədə ümumilikdə 833 189 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 10 332 nəfər vəfat edib.

Son həftə ərzində 223 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub.
 
2019-cu ilin dekabrında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. Daha sonra bu virus sürətlə yayılmağa başladı. 
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
Azərbaycanda pandemiya 2020-ci ilin fevralında təsdiqlənib. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Dünya 07:55
Türkiyədə jurnalist Timur Soykan sərbəst buraxılıb
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Dünya 07:22
Rusiya Sumi vilayətinə pilotsuz zərbə endirib: 2 mülki şəxs həlak olub
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Dünya 07:19
Qəzzadan atılan raket İsrailin cənubuna düşüb, xəsarət alan olmayıb
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
Dünya 07:15
Türkiyədə CHP sədri Özgür Özəl barəsində cinayət işi açılıb
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Dünya 07:12
İsrail Yəməndə “Qara bayraq” əməliyyatına başlayıb
Tramp Maskı tənqid edib
Dünya 07:06
Tramp Maskı tənqid edib
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol