• $
  • £

BMT Ermənistandan olan "qaçqınlar" üçün 97 milyon dollara ehtiyac olduğunu açıqlayıb

BMT Ermənistandan olan
10.10.2023 09:51
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistandan olan qaçqınlar üçün təcili 97 min dollara ehtiyac olduğunu açıqlayıb. Bu barədə təşkilatın rəsmi səhifəsindəki hesabatda qeyd olunub. 
 
"136,000 qaçqın və 95,000 yerli ev sahibi icmaların üzvləri də daxil olmaqla, təxminən 231,000 insanın dəstəyə ehtiyacı var. Plan qışın yaxınlaşması ilə bağlı yaranacaq çətinlikləri aradan qaldırmağı nəzərə alır. Sentyabrın sonunda hərbi əməliyyatların "şiddətlənməsi"ndən sonra bir həftədən az müddətdə Ermənistana 100 mindən çox "qaçqın" gəlib. Yeni gələnlər arasında 30 minə yaxın uşaq, o cümlədən hamilə qadınlar, əlillər və xroniki xəstəlikləri olan digər şəxslər var. "Qaçqınlar"ın yarıdan çoxu qocalar və uşaqlardır”, - müraciətdə deyilib.  

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi beynəlxalq ictimaiyyəti Ermənistandan olan "qaçqınlara" dəstək verməyə çağırıb. 

Politoloq Əziz Əlibəyli hesab edir ki, Ermənistan Qarabağdan gedən erməniəsəilli vətəndaşlara pasport verməklə və onları qaçqın kimi göstərməklə beynəlxalq təşkilatlardan daha çox pul yığmaq istəyir. 

"Qaçqın və məcburi köçkün statusu daxili qanunvericiliyə görə fərqlidir. Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edir. Erməni tərəfi isə ümumi şəkildə onlara öz ölkə pasportunu verməklə qaçqın düşmələri üçün şərait yaradır. Burada əsas məqsəd beynəlxalq təşkilatlardan külli miqdarda humanitar yardım əldə etmək idi”, - politoloq qeyd edib.

O bildirib ki, Ermənistanın tələbi ilə BMT-nin missiyası Qarabağa iki dəfə səfər edib və proseslərə nəzarət edir. 

"BMT missiyası bölgənin inteqrasiyası ilə bağlı müşahidələrini aparır. Məncə, belə görüşlər növbəti dəfə də olacaq. Bunlar Azərbaycanın fəaliyyətinə əks arqument yarada bilməz”, - Əlibəyli əlavə edib.

Nikol Paşinyanın Ermənistanın Qarabağdan qayıdan şəxsləri üçün 20 milyon dollar ayrıldığını açıqlayıb. 
 
ABŞ Qarabağ ermənilərinə dəstək olmaq üçün 11,5 milyon dollar ayırıb. Bundan sonra isə Yaponiya və İtaliya hər biri 4 milyon avro ayırdığını qeyd edib.
 
Aygün Mirakif 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol