• $
  • £

Azərbaycan Qarabağda heç bir etnik təmizlə aparmır - Elnur Məmmədov

Azərbaycan Qarabağda heç bir etnik təmizlə aparmır - Elnur Məmmədov
12.10.2023 21:59
Azərbaycan  Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə aparmır və bu haqda səsləndirilən ittihamları da rədd edir.
 
Bunu BMt-nin oktyabrın 12-də keçirilən iclasında Azərbaycanı təmsil edən Elnur Məmmədov deyib.

İclas irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tələblərinin pozulması ilə bağlı Azərbaycana qarşı iddia çərçivəsində Ermənistan tərəfinin tələb etdiyi müvəqqəti tədbirlərə həsr olunub.

"Ermənistanın ittihamları  Qarabağda baş verənlərin reallığını əks etdirmir, üstəlik, BMT-nin regiona səfər etmiş iki missiyasının müşahidə və nəticələrini əks etdirmir. Azərbaycan Qarabağın mülki əhalisinə qarşı etnik təmizləmə aparmır və etməyəcək” – o bildirib.

Məmmədov vurğulayıb ki Azərbaycan tərəfi onların hüquqlarını tam qoruyacaq.

Dinləmə zamanı Azərbaycan təmsilçisi hazırda Azərbaycanda 50 -dən çox etnik millətlərin yaşadığını xatırladıb.

BMT-nin oktyabrın 12-də keçirilən iclası Ermənistanın tələbi ilə baş tutub.

İclasda Ermənistan nümayəndəsi Yeqişe Kirakosyan   Azərbaycanın Qarabağdan ermənilərin "köçürülməsi" üçün "şərait yaratdığını" açıqlayıb.

Fransanın xarici işlər naziri də oktyabrın 11-də mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Qarabağdan gedən ermənilərin köçünü planlaşdırıb və təşkil edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu açıqlamanı rədd edərək Azərbaycana qarşı təziq və təhdid kimi qiymətləndirib. 
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət 21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol