Naxçıvan MR-də ETSN-in bir sıra idarələri ləğv edilib
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 oktyabr 2023-cü il tarixli 274/ü nömrəli əmri ilə nazirliyin stansiya, laboratoriya və bir sıra idarələri ləğv edilib.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Nazirliyin ləğv edilən qurumları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Hidrometrologiya İdarəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıq Mühafizə Stansiyası, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək