Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) "X” hesabında bildirilib.
Məlumata görə, 527,6 hektar ərazi minadan təmizlənib.
Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb.
Bildirilib ki, bu dövr ərzində mina partlaması nəticəsində 15 hərbçi həlak olub, 164 hərbçi isə xəsarət alıb. Ümumilikdə 65 nəfər mina partlaması nəticəsində həlak olub, 271 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfəri uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək