NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb.
"Report"un xəbərinə görə, görüşdə Azərbaycanın NSPA ilə son onilliklər ərzində uğurla həyata keçirdiyi müxtəlif etimad fondu layihələri üzrə əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındakı tərəfdaşlıq barədə danışılıb, eləcə də minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 