• $
  • £

Dövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilib

Dövlət Miqrasiya Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün seminar keçirilib
16.11.2023 20:24

Dövlət Miqrasiya Xidmətinin (DMX) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində "Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda seminar keçirilib.

Media nümayəndələrinin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunan tədbirdə DMX və MEDİA rəsmiləri, media nümayəndələri iştirak ediblər. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Xidmət rəisi media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, innovativ metodlardan istifadə etmək, habelə miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğunu vurğulayıb. Medianın miqrasiya fenomeninin daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb. 

Sonra Xidmət rəisi "Azərbaycanda miqrasiya idarəçiliyi” mövzusunda ətraflı təqdimatla çıxış edib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov birgə seminarda Azərbaycanda miqrasiya idarəçiliyi, bu sahədə əsas konseptlər, qlobal miqrasiya trendləri, Xidmətin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər, o cümlədən media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili ilə bağlı təqdim ediləcək çıxışların media təmsilçiləri üçün faydalı olacağını qeyd edib. Əhməd İsmayılov Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının artırılması və ixtisaslaşmasının təmin edilməsi üçün çoxsaylı təlimlərin həyata keçirildiyini və bugünkü birgə seminarın da sahəvi jurnalistikanın inkişafı istiqamətində xüsusi əhəmiyyətini vurğulayıb, seminarın işinə və hər bir iştirakçıya uğurlar arzulayıb. 
Seminar çərçivəsində Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova, Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları - Aygül Abbaszadə və Elvin Məmmədov miqrasiya üzrə əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri, media məlumatlılığı və peşəkar media fəaliyyətinin təşkili, Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər mövzusunda təqdimatlarla çıxış ediblər. 

Səmərəli müzakirələr mühitində davam edən seminarın sonunda xatirə şəkili çəkilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bir gündə 75 cinayət açılıb - DİN
Cəmiyyət 10:28
Azərbaycanda bir gündə 75 cinayət açılıb - DİN
“AzerGold”un rüblük gəliri 102 mln manatı ötüb, ixrac gəlirləri 26% artıb
Cəmiyyət 10:03
“AzerGold”un rüblük gəliri 102 mln manatı ötüb, ixrac gəlirləri 26% artıb
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar
Cəmiyyət 09:08
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar
Tramp Hörmüz boğazını “Tramp boğazı” adlandıran şəkil paylaşıb
Cəmiyyət 08:58
Tramp Hörmüz boğazını “Tramp boğazı” adlandıran şəkil paylaşıb
Tramp Almaniyadakı ABŞ qoşunlarının azaldılmasını nəzərdən keçirir
Cəmiyyət 08:00
Tramp Almaniyadakı ABŞ qoşunlarının azaldılmasını nəzərdən keçirir
Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
Cəmiyyət 18:06
Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 16:31
Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib
Elektron ticarətdə 300 dollarlıq gömrük limitində dəyişiklik olacaqmı? - Rəsmi
Cəmiyyət 15:58
Elektron ticarətdə 300 dollarlıq gömrük limitində dəyişiklik olacaqmı? - Rəsmi
Temu bağlamalarının çatdırılması niyə gecikir? - Komitə sədrindən açıqlama
Cəmiyyət 15:50
Temu bağlamalarının çatdırılması niyə gecikir? - Komitə sədrindən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol