• $
  • £

Paytaxtda Novruz yarmarkaları başladı - QİYMƏTLƏR

Paytaxtda Novruz yarmarkaları başladı - QİYMƏTLƏR
03.03.2014 11:47

Martın 1-dən Bakının rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkalarının keçirilməsinə başlanıb.

Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

Yarmarkaların Novruz bayramı qabağı təşkilinin əhalinin alıcılıq qabiliyyətini artırmaq olduğu bildirilir.

Əməkdaşımız paytaxtın Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığında təşkil edilən yarmarkaya baş çəkib və qiymətlərlə maraqlanıb. Yarmarkaya daha çox meyvə-tərəvəzin çıxarıldığı ilk baxışdan diqqəti cəlb edir. Satıcılar deyirlər ki, bayrama görə qiymətlərdə ucuzluq müşahidə edilir. Elə alıcılar da yarmarkada ucuzluq olduğunu bildirirlər.Yarmarkada daha çox və daha ucuz olan alma idi, bu meyvənin kiloqramı 1 manata, çox hallarda isə 2-3 kiloqramı 1 manata təklif edilirdi. Ancaq burada kiloqramı 1 manata, 1 manat 50 qəpiyə də satılan alma var. Narın kilosu 1-2 manata təklif edilir. Mandarin və portağalın kilosu 1,20-1,50 manat arasıdır. Göyərtinin 6 dəstəsi 1 manatadır. Yumurta 11 qəpiyə satılır, kənd yumurtası isə 15-20 qəpiyədir. Kartof 80 qəpik-1 manata təklif edilir. Üç kilosu 2 manata satılan kartof da var. Soğanın isə kilosu 40-60 qəpiyədir. Pomidorun kilosu 1 manat, xiyarın isə 1 manat 70 qəpikdir. Qoyun ətinin kilosu 7 manata, mal ətinin isə 6 manatadır.

Yarmarkada səmənilər də artıq satışdadır. Ən kiçik səməninin qiyməti 1 manatdır. Ölçüsündən asılı olaraq səmənilərin qiyməti 10 manata qədər dəyişir.

Bayram bazarlığı üçün nəzərdə tutulan qoz-fındıq da artıq satışa çıxarılıb. Qabıqlı qozun kilosu 3 manatdan, fındıq 3-4 manatdan, şabalıd 5 manatdan təklif edilir. Fındıq ləpəsi 5 manatdan başlayır. Qozun isə kiloqramı 7-11 manat arası dəyişir. Ancaq 5 manata satılan qoz ləpəsinə də rast gəlmək mümkündür. Turşu, kişmiş, qaysı isə kiloqramı əsasən, 5-6 manatdan satışdadır. Satıcılar bildirirlər ki, yarmarkalarda ucuzluq səbəbindən həm də sıxlıq var: “Novruza qədər həm bizə, həm də alıcılara xeyir olacaq. Ucuzluqdur, yarmarkadan bazarlıq etmək daha sərfəlidir”. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri yarmarkalarda qiymətlərin bazardakından 20-30 faiz ucuz olduğunu bildirirlər. Yeri gəlmişkən, martın 1-də “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,7 ton məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz və s. təklif olunub. Burada qiymət fərqi bazardakından 20-25 faiz olub. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-50, yumurtanın 1 ədədi 11 qəpiyə və satılıb. Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 55,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilib. Yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti və digər məhsullar üstünlük təşkil edib. Burada isə məhsulların bazarlardakından 25-30 faiz ucuz qiymətə satıldığı bildirilir."Yeni Müsavat"
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:37
Azərbaycan nefti ucuzlaşıb
BMT Azərbaycanda həyata keçirilən minatəmizləmə işlərinə dəstəyini davam etdirir
İqtisadiyyat 17:06
BMT Azərbaycanda həyata keçirilən minatəmizləmə işlərinə dəstəyini davam etdirir
Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
İqtisadiyyat 16:34
Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
Əli Əsədov MDB ilə iqtisadi əməkdaşlıqda artan potensialdan danışıb
İqtisadiyyat 15:47
Əli Əsədov MDB ilə iqtisadi əməkdaşlıqda artan potensialdan danışıb
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
İqtisadiyyat 13:23
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
KOBİA sədri: İşğaldan azad olunmuş ərazilər investorlar üçün yeni imkanlar yaradır
İqtisadiyyat 11:25
KOBİA sədri: İşğaldan azad olunmuş ərazilər investorlar üçün yeni imkanlar yaradır
Ötən il Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi bu qədər olub
İqtisadiyyat 11:02
Ötən il Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi bu qədər olub
Tacikistan Azərbaycanla sənaye və investisiya əməkdaşlığının genişləndirilməsində maraqlıdır
İqtisadiyyat 10:57
Tacikistan Azərbaycanla sənaye və investisiya əməkdaşlığının genişləndirilməsində maraqlıdır
Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 8,5 milyon dolları ötüb
İqtisadiyyat 10:42
Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 8,5 milyon dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol