2026-ci ilə qədər on altı min ailənin Qarabağa köçürülməsi nəzərdə tutulur

2026-ci ilin sonuna qədər Qarabağ iqtisadi zonasına 16 min ailə köçürüləcək. Bunu Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüsenov deyib.
O bildirib ki, qarşıdakı dövrlərdə bu proses daha da sürətlənəcək.
"Böyük Qayıdış Proqramı" çərçivəsində Ağdamdan başqa 12 kəndin, Füzulinin 10 kəndinin bərpa olunması nəzərdə tutulub. Həmçinin Ağdama 200 min əhalinin köçürülməsi planlaşdırılıb", - Hüsenov dekabrın 12-də Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Xüsusi nümayəndə əlavə edib ki, Füzulidə bu yaxınlarda əmək yarımarkası da keçirilib.
Bundan əvvəl Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov mətbuata açıqlamasında bildirib ki, 2024-cü ilin birinci rübündə Şuşaya ilk köç baş tutacaq.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 