• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Prezident seçkilərində İlham Əliyevin ilk rəqibi Zahid Oruc oldu

Prezident seçkilərində İlham Əliyevin ilk rəqibi Zahid Oruc oldu
16.12.2023 10:23
2024-cü il növbədənkənar Prezident seçkilərində İlham Əliyevə rəqib ilk namizəd Zahid Oruc olub. Bu barədə anews.az- a deputat açıqlamasında deyib.


"Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir. 100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu Öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr "Bütövlük günü”ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda Yeni-4-cü Respublika quruculuğunu dünyaya bəyan edir.
Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çox əsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə-Zəfər Əsrinə səs veririk!
Tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır. Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun   Xankəndi yürüşünün  davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların "Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk",- açıqlamada deyilir.
 
Bundan əvvəl Zahid Oruc 2018-ci il Prezident seçkilərində iştirak edib.
O, 122 956 səs toplaya bilib.
 
Zahid Oruc II, III, IV, V, VI çağırış Milli Məclisin deputatıdır. 
 
Hazırda deputat həm də Sosial Tədqiqatlar Mərkəzinin sədridir.

Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Hələlik prezidentliyə namizəd Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin namizədliyi təsdiq olunub. 

Namizədliyini verən digər şəxslərin siyahısı hələlik məlum deyil. 

Bundan əvvəl Azərbaycanda preizdent seçkiləri 2018-ci ildə keçirilib. 

2003-cü ildən sonra Azərbaycanda keçirilən bütün prezident seçkilərinin qalibi İlham Əliyev olub.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol