• $
  • €
  • ₽
  • ₺
  • £

AIKGF 30 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır

AIKGF 30 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır
22.12.2023 16:58
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AICGF) 30 milyon manatlıq istiqrazların yeni emissiyasını və yerləşdirilməsini planlaşdırır. Bunu Mərkəzi Bank məlumat  verib. 
 
Məlumata görə, istiqrazların ödəmə müddəti 7920 gün, kupon dərəcəsi illik 3% (kupon ödənişi hər 180 gündən bir) təşkil edəcək.

Hazırda dövriyyədə 1 milyard 670 milyon 66,002 min manat məbləğində 2 milyon 55 min AIKGF istiqrazı mövcuddur.

2022-ci ildə AIKGF istiqrazların yerləşdirilməsindən 450 milyon manat cəlb edib (2021-ci illə müqayisədə 1,6 dəfə artım). 2023-cü ilin 10 ayı ərzində AIKGF istiqrazların yerləşdirilməsindən 320 milyon manat cəlb edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir, kreditin maksimal həcmi 150 min manatdan çox olmamalıdır, kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipotekalar maliyyələşdirilir. Onun maksimal ölçüsü 100 min manat, dərəcəsi illik 4%-dən çox deyil, müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan kritik mineralların emalı üzrə regional inteqrasiya üzərində işləyir
İqtisadiyyat 12:16
Azərbaycan kritik mineralların emalı üzrə regional inteqrasiya üzərində işləyir
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Siyasət 12:06
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
Azərbaycan dinamizm indeksində 130 pillə irəliləyib
İqtisadiyyat 11:21
Azərbaycan dinamizm indeksində 130 pillə irəliləyib

Ötən ay əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Ötən ay əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
Azərbaycanda strateji investisiyalar üzrə xüsusi komissiya yaradılıb - nazir
İqtisadiyyat 10:34
Azərbaycanda strateji investisiyalar üzrə xüsusi komissiya yaradılıb - nazir
İlham Əliyev: Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə artıb
Siyasət 10:15
İlham Əliyev: Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə artıb

Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol