• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərkosmos”un ümumi gəliri açıqlanıb

22.01.2024 17:51
Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) bütün dövr ərzində peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 550 milyon manat (hazırkı məzənnə ilə 323,5 milyon dollar) təşkil edib. Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

2013-cü ildə Azərbaycanın ilk peyki olan "Azerspace-1” telekommunikasiya peyki orbitə çıxarılıb. 2014-cü ildə "Azersky” Yerin uzaqdan müşahidə peyki, 2018-ci ildə isə "Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.

Hazırda "Azerspace-1” və "Azerspace-2” peykləri fəaliyyətdədir.

Departamentin məlumatına görə, 2023-cü ildə "Azerspace-1”in istehsalı ilə bağlı 206,2 milyon ABŞ dolları məbləğində kredit öhdəlikləri tam ödənilib. "Bunun 116,6 milyon dolları Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1”in istehsalına, 89,6 milyon dolları isə orbital xidmətlərə aiddir. Ümumilikdə, "Azərkosmos” qlobal və regional peyk xidmətləri bazarında telekommunikasiya peykləri və kosmik həllər vasitəsilə Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiyanın 50 ölkəsindən 200-dən çox müştəriyə xidmət göstərir”, - Rəqəmsal İnkişaf Nazirliyindən bildirilib.

Agentlik bildirir ki, Azərbaycan 2024-cü ilin əvvəlində "Azerspace-1” telekommunikasiya peykinin (C və Ku tezlikləri) yerləşdiyi 46° şərq uzunluğunda öz orbital mövqeyini əldə edib.

"Azərkosmos” 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmət almaq üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol