• $
  • £

Bakı Təşəbbüs Qrupu petisiya başladıb

Bakı Təşəbbüs Qrupu petisiya başladıb
27.02.2024 18:30
Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi "Dekolonizasiya: İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb.

APA xəbər verir ki, Petisiyada Fransa Prezidenti Emmanuel Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur.

Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.

Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə afrikalı gənclərlə görüş zamanı bildirib ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və beş il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi.
Həmin vaxtdan yeddi il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməyib.

Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artefaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur.

Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır.

İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər.

Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Siyasət 14:17
Pezeşkian və Putin niyə İlham Əliyevə zəng etməyib? - Şərh
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Siyasət 13:41
Prezident tapşırıq verib - Diplomatik missiya İrandan çıxarılır
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
Siyasət 13:33
Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Siyasət 13:25
İran Azərbaycana məsələni araşdırmağa söz verib - Nazir
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Siyasət 12:12
Azərbaycan Prezidenti Qananın Müstəqillik Günü münasibətilə təbrik ünvanladı
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Siyasət 00:20
Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Siyasət 22:30
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Siyasət 21:38
Kobaxidze Naxçıvana dron hücumunu pislədi
Mirziyoyev Prezidentə zəng etdi
Siyasət 21:10
Mirziyoyev Prezidentə zəng etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol