• $
  • £

"Krokus" sahiblərinə qarşı cinayət işi açıla bilər

02.04.2024 17:26
"Krokus Siti Holl”da baş vermiş terror aktının 11 qurbanının maraqlarını təmsil edən vəkil İqor Trunov Rusiya Federasiyasının İstintaq Komitəsinə ərizə ilə müraciət edərək "Krokus”un sahiblərinə qarşı təhlükəli xidmətlər göstərdiklərinə görə cinayət işinin açılmasını tələb edib. Bu barədə Rusiya mətbuatı Trunova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ərizə 11 qurbanın adından təqdim edilib. Onların arasında terror aktı günü "Krokus"da Piknik qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin və qohumları da var.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikinə ünvanlanan bəyanatda deyilir ki, ola bilsin ki, "Krokus”un sahibləri obyektin yanğından mühafizəsi ilə lazımi səviyyədə məşğul olmayıblar.
 
Sənəddə deyilir ki, konsert zalındakı səhnə pərdəsi "bir neçə saniyə ərzində” yanıb. Bu, müdafiə tərəfinin fikrincə, yanğın təhlükəsizliyi standartlarının pozulmasının göstəricisidir. 
 
"Pərdə yanğına davamlı parçadan hazırlanmalı və xüsusi materialla örtülməlidir. Yanğın başlayandan bir neçə saniyə sonra auditoriyadakı oturacaqlar yanğına qarşı davamlı materiallardan hazırlanmalı olduğu halda yanıb", -  sənəddə bildirilib. 

 Sənəddə həmçinin iddia edilir ki, "Krokus"un "yanğına qarşı  su sistemi” və hadisədən sonra ventilyasiya lyuklarını və pəncərələrini açmağı nəzərdə tutan tüstüdən təmizləmə sistemi "işləməyib”.

Trunov əlavə edib ki, şahid ifadələrinə görə, terror aktı və evakuasiya zamanı əksər qəza çıxışları bağlanıb.

Crocus City Hall-da baş verən terror aktı zamanı terrorçular qablaşdırılmış benzini yerə tökərək yanğın törədiblər.
 
İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, yanğın təhlükəsizliyi tələblərinin mümkün pozulması istintaqın baxacağı əsas məsələlərdən  biri olacaq.
 
N.Təbrizli 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Dünya 23:45
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
Dünya 21:00
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb - Yenilənib
Dehlidə yataqxana binası uçub, ölənlər var
Dünya 18:30
Dehlidə yataqxana binası uçub, ölənlər var
Antalyada meşəlik ərazidə yanğın başlayıb
Dünya 17:30
Antalyada meşəlik ərazidə yanğın başlayıb
Qətərin Baş naziri sabah Çinə səfər edəcək
Dünya 16:09
Qətərin Baş naziri sabah Çinə səfər edəcək
İshaq Dar və Hakan Fidan Məkkə sazişini müzakirə ediblər
Dünya 14:37
İshaq Dar və Hakan Fidan Məkkə sazişini müzakirə ediblər
ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
Dünya 09:08
ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Dünya 08:50
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Putin Uitkoff və Kuşnerlə görüşüb - Yenilənib
Dünya 22:45
Putin Uitkoff və Kuşnerlə görüşüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol