• $
  • £

Vergi ödəyicilərinin sayı artıb

Vergi ödəyicilərinin sayı artıb
17.04.2024 12:39
2024-cü ilin aprelin 1-nə Azərbaycanda 1 milyon 537 min 952 vergi ödəyicisi uçotda olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
 
Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 7,4 % (ümumi artımın 86,5 %-i), hüquqi şəxslərin sayı isə 8 % (ümumi artımın 13,5 %-i) artıb.

Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 % olub. Kommersiya qurumlarının sayı 179 026 vahid təşkil edib və illik müqayisədə 8,7 % artıb.

Cari iln ilk üç ayında ölkədə 2 825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2,544-ü (90,1 %) yerli investisiyalı, 281-i (9,9 %) xarici investisiyalı qurumlardır.

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2 198-i (77,8 %-i) elektron qaydada, 627-si (19,3 %-i) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
 
Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 % təşkil edib.

2023-cü ilin yanvar-oktyabrında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 % artıb.

Noyabrın 1-nə 22 188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Son 1 ildə onların aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 12,5 % artıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol