S&P Global Ratings manatın məzənnəsi ilə bağlı proqnoz verib
S&P Global Ratings reytinq təşkilatı Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsinin 1,7 manat/1 dollar olacağı barədə proqnoz verib. Bu məlumat təşkilatın saytında yerləşdirilən hesabatda yer alıb.
Analitiklərin fikrincə, bu il manata xarici bazardan təzyiq xeyli azalıb və bu tendensiya il boyu müşahidə ediləcək.
Azərbaycan Mərkəzi Bankı 2017-ci ildə inflyasiyanın qarşısını almaq üçün manatın ABŞ dollarına nisbətdə məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
ING və Asiya İnkişaf Bankının analitikləri də 2026-cı ilə qədər milli valyutanın dollara nisbətinin sabit olacağını proqnozlaşdırıb.
Sonuncu dəfə Azərbaycanda devalvasiya 2014-cü ildə baş verib. Manat dollara nisbətən iki dəfə ucuzlaşıb.
Buna səbəb həmin illərdə neftin dünya bazarına qiymətinin kəskin düşməsi olub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat
13:37
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
İqtisadiyyat
13:18
Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər
İqtisadiyyat
12:59
TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir