• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
07.05.2024 17:19
2024-cü il mayın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 844 min 041-ə çatıb ki, bu da 2019-cu ilin əvvəli ilə müqayisədə 442,126 min vahid çoxdur. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398 852 vahid artaraq 938 774 olub.

"5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", -  məlumatda qeyd edilib.
 
Son beş ildə əmək müqavilələrinin sayı 40%, özəl sektorda əmək müqavilələrin sayı isə iki dəfə artıb. 
 
2019-cu il yanvarın 1-dən 2024-cü il martın 1-nə qədər işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin ümumi sayı 1, 834,6 min müqavilə olub ki, bunlardan 921,4 mini qeyri-neft-qaz özəl sektoruna aiddir. 
 
Ötən ilin birinci rübündə də ölkədə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5% artaraq 1 milyon 755 min 802-yə çatıb.

Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir.
 
2023-ci ilin yanvar-martında əməkhaqqı fondunda daha 6% artım qeydə alınıb.

Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34%,  əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
 
Aygün


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol