• $
  • £

Yasamal rayonunda əmək yarmarkası keçirilib

Yasamal rayonunda əmək yarmarkası keçirilib
14.05.2024 18:18
Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb. Yasamal Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutan əmək yarmarkasına çoxlu sayda vətəndaşlar və işəgötürən şirkətlər qatılıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev karyera sərgisinə ev sahiblyi etməkdən məmnun olduqlarını ifadə edib. Vilayət Vəliyev xüsusən gənc kadrların məşğulluq məsələlərinin ölkə üçün önəmli olduğunu vurğulayıb.

Daha sonra söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova verilib.İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın sosial durumu, rifahı və məşğulluğu dövlət rəhbərliyi üçün əsas prioritedir. Prezidentin bu istiqamətdə verdiyi tapşırıq və tövsiyyələri ardıcıl şəkildə icra olunur və əmək yarmarkası bu sahədə həyata keçirilən silsilə tədbirlərdən biridir.
 
İcra başçısı rayon sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunmasından məmnun olduqlarını qeyd edib.Bildirilib ki, Yasamal RİH olaraq hər həftə ərazidə sakinlərlə görüşlər keçirilir və bu görüşlərdə qaldırılan məsələlərdən biri də  məşğulluqdur. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  əmək yarmarkasının insanlar üçün faydalı olacağına və Yasamal rayonunda məşğulluğa öz müsbət təsirini göstərəcəyinə inam ifadə edib.

Daha sona çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib ki, yarmarkada dövlət və özəl sektordan olan və paytaxtımızda fəaliyyət göstərən 100 yaxın müəssisə və şirkət iştirak edir. Yarmarkada müxtəlif istiqamətlər üzrə 1000-ə yaxın vakansiya təqdim edilib. Müvafiq müəssisə və şirkətlər əsasən xidmət, istehsal, tikinti və digər sahələri təmsil edir. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri son zamanlar qurumun bu istiqamətdə həyata keçirdiyi texnoloji teniliklər barədə məlumat verib.

Daha sonra rəsmilər əmək yarmarkasının gedişatı ilə bilavasitə tanış olub, şirkət və vətəndaşlarla söhbətlər ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 17:24
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 15:30
Sabah çimərliklərdə hava necə olacaq?
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Cəmiyyət 14:52
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
Cəmiyyət 14:33
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Cəmiyyət 13:47
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Cəmiyyət 12:02
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Cəmiyyət 11:10
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Cəmiyyət 10:30
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol