• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

Baş prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
15.05.2024 20:35
Cari il mayın 14-dən başlayaraq Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində «Rusiya-İslam dünyası: KazanForum 2024» XV Beynəlxalq İqtisadi Forumu keçirilir.

Forumda Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi Baş Prokurorluğun idarə rəisinin müavini -  şöbə rəisi Anar Nəsibov və idarə prokuroru Murad Bayramlıdan ibarət nümayəndə heyəti iştirak edib.

Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorlarının müavinləri və digər mötəbər qonaqların iştirak etdiyi forumun "İqtisadi təhlükəsizliyin təminatları və İslam dünyası ilə işgüzar kommunikasiyaların genişləndirilməsi şəraitində təhlükələrin qarşısının alınması” mövzusunda sessiyasında Baş prokurorun müavini Heydər Məmmədov çıxış edib. 

Baş prokurorun müavini Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarların hüquqlarının qorunması və əlverişli investisiya mühitinin yaradılması istiqamətində aparılan hüquqi islahatların müsbət nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Həmçinin, iqtisadi təhdidlərin qarşısının alınması və korrupsiya ilə mübarizə sahəsində prokurorluğun struktur qurumlarının rolundan bəhs edən Heydər Məmmədov görülən tədbirlərin sahibkarlığın inkişafına müsbət təsir göstərdiyini xüsusilə vurğulayıb.

Səfər çərçivəsində Rusiya Baş prokurorunun müavini Pyotr Qorodovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan və Səudiyyə Ərəbistanı Krallığının Baş Prokurorluqlarının heyətləri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarlara məlumat verilib.

Həmçinin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Cəmiyyət 19:40
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Cəmiyyət 19:24
Ağcabədidə avtomobillər toqquşub, iki qardaş ölüb
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 18:50
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Cəmiyyət 16:21
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Cəmiyyət 15:51
Media və Yayım Şurası Türkiyədə Azərbaycan əleyhinə kampaniyadan narahatlığını bildirib
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Cəmiyyət 15:47
Prezident və ailəsi Formula 1 Azərbaycan Qran-Prisini izləyir
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Cəmiyyət 13:50
Milli Məclisin komissiyası Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyası barədə açıqlama yayıb
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Cəmiyyət 13:08
Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Cəmiyyət 12:55
Qaradağ rayonunda vulkan püskürüb -Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol