• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin Xankəndi filialı fəaliyyətə başladı!

ABB-nin Xankəndi filialı fəaliyyətə başladı!
20.05.2024 15:00
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə ilk bank filialının açılışı olub. ABB-nin yeni yaradılmış Xankəndi filialı müştərilərinə xidmət göstərməyə başlayıb. Bankın yeni inkişaf konseptinə uyğun qurularaq müasir bankçılıq texnologiyaları ilə təchiz edilən filial binası Xankəndi şəhərinin mərkəzində yerləşir. 

Qarabağda fəaliyyət göstərən bizneslərin, fərdi müştərilərin universal maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait var. Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi, Xankəndi filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.

İşğaldan azad edildikdən sonra hazırda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilən Qarabağın dirçəlişində, regionda böyük iqtisadi layihələrin reallaşdırılmasında, o cümlədən kiçik və orta biznesin inkişafında ABB-nin Xankəndi filialı mühüm rol oynayacaq. 

Bank Xankəndi filialını qurarkən maraqlı bir məqamı da diqqətdə saxlayıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl artım zonası elan edilməsi nəzərə alınaraq Xankəndi filialının binası buna uyğun qurulub. Binanın damında Günəş panelləri yerləşdirilib. Xankəndi filialının fasadı və reklam lövhələri bərpa olunan enerji ilə işıqlandırılacaq. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu ABB-nin 32 illik tarixinin ən mühüm hadisələrindəndir. Həsrətini çəkdiyimiz torpaqlarımızda iqtisadiyyatımız dirçəlir, Qarabağ, Şərqi Zəngəzur yaşıl artım zonası kimi həyatının yeni dönəminə daxil olur. Qürur duyuruq ki, bu inkişaf prosesində ABB olaraq biz də varıq və azad yurdlarımızın dirçəlişinə töhfələr veririk”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol