• $
  • £

Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib

Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
27.05.2024 09:57
 
Yelo Bank ardıcıl ikinci ildir ki, qadın liderliyinə həsr olunmuş regionun ən böyük tədbiri — SHE Congress-ə dəstək olur. Fərqli sferalarda uğurları ilə seçilən 500-dən çox yerli və xarici qadının qatıldığı builki konqresi mövzusu "İndinin gücü: Anı yaşa” (The Power of Now: Live the Moment!) idi. Tədbirdə qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların, həll yollarının, şirkətlərin öz fəaliyyətində tətbiq etdiyi uğurlu strategiyaların müzakirəsi aparılıb. 
 
Yelo Bank tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və İdarə Heyətinin sədr müavini Günay Cəlilova ilə təmsil olunub. Anar Həsənov öz çıxışında biznesdə inklüzivliyin vacibliyindən bəhs edərək dünyada və ölkəmizdə mövcud vəziyyəti dəyərləndirib. Daha sonra Günay Cəlilova ilə birlikdə "Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılovanın moderatorluğu ilə keçirilən panel müzakirədə iştirak ediblər. Onlar öz çıxışlarında rəhbər rollarında, xüsusilə maliyyə sektorunda qadın təmsilçilərin kifayət qədər təmsil olunmamasından söz açıblar. Paneldə şirkətlərin fəaliyyətində müxtəlifliyin vacib rolu və bizneslərdə inklüziv mühiti inkişaf etdirmək üçün istifadə edilə biləcək strategiyalar vurğulanıb.
 
Tədbir fərqli çıxışlar, uğur hekayələri və ilhamverici panel müzakirələri ilə davam edib. İştirakçılar fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri öyrənmək, həmçinin faydalı əlaqələr qurmaq imkanı də əldə ediblər. Bütün bunlarla yanaşı, tədbir sürpriz hədiyyələri ilə də yadda qalıb. Təsadüfi seçimlə müəyyənləşdirilmiş şanslı iştirakçılar Yelo Bank-dan iPhone 15 və Yelo Infinite kartını qazanıblar.
 
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dəyər verilən gələcəyi dəstəkləyir. Qadınların səlahiyyətlərinin genişləndirilməsinin daha güclü iqtisadiyyata və daha sağlam cəmiyyətə gətirib çıxaracağına inanan Yelo Bank sonrakı fəaliyyətində də SHE Congress kimi təşəbbüsləri dəstəkləməyə davam edəcək.


 Yelo Bank-dan kredit goturmek istəyirdiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol