• $
  • £

Çinin “BYD Company Limited” Azərbaycana $60 mln investisiya qoyacaq

Çinin “BYD Company Limited”  Azərbaycana $60 mln investisiya qoyacaq
02.07.2024 16:10
Avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Azərbaycan hökuməti  Çinin "BYD Company Limited” (BYD) şirkəti ilə çərçivə sazişi imzalayıb. Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
.
Sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və "Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.
 
Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, Azərbaycanda istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. 

"Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır",  -  hökumətin bəyanatında bildirilib. 

Saziş çərçivəsində BYD şirkəti Azərbaycana  60 milyon dollar investisiya qoymağı planlaşdırır.
 
"Şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək",  -  Nazirlər Kabineti bildirib.
 
"BakuBus” MMC  BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alacaq.  Avtobusların 2024-cü il  oktyabrın 31-ə kimi  mərhələli şəkildə  Bakıya gətirilməsi və marşrut xəttinə çıxarılması planlaşdırılır.

BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır.
 
Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-ni təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabrında  imzalanması gözlənilir. 

Azərbaycanda  elektrik avtobuslarının istehsalı layihəsində "Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı "SARDA Group” şirkətlərinə məxsus "Electrify Azerbaijan” MMC- çıxış edəcək. 

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon dollar  investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal həcminin 500 ədəd olacaq.
 
Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni elektrik avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
 
N.Təbrizli 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol