• $
  • £

Siyavuş Novruzov reper Anar Nağılbazdan danışdı

Siyavuş Novruzov reper Anar Nağılbazdan danışdı
12.02.2014 15:19
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov sabiq deputat Rizvan Cəbiyevin oğlu Anar Nağılbazın müxalifətə keçməsinə münasibət bildirib.Gün.Az xəbər verir ki, S.Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində A.Nağılbazın bu addımını ölkədə vətəndaşların sərbəst seçim hüququnun təmin olunması ilə əlaqələndirib:“Hər bir vətəndaşın özünün seçimi var. Biz azad ölkədə, demokratik cəmiyyətdə yaşayırıq. Hərə öz seçimini edir. Bu insan da mövqeyini seçib, özü bilər. Ancaq onun orda olması heç nəyi dəyişmir. Atası YAP-ın çoxdankı üzvüdür, bir neçə çağırış Milli Məclisin deputatı olub, indi də təqaüddədir”.YAP-çı deputat oğlunun müxalifətə keçməsi ilə bağlı R.Cəbiyevə hər hansı irad bildirilmədiyini qeyd edib:“Yenə deyirəm, seçim insanın özünə məxsusdur. İnsan bu yolu seçibsə, özü bilər. İndi elə bir dövrdür ki, qardaş qardaşa, oğul ataya, ata oğula cavabdehlik daşımağa çətinlik çəkir. Ona görə də hərənin öz seçimi var. Adam tanıyıram, uşaqların hərəsini bir partiyaya göndərir ki, harada imkan düşsə... Belə hallar vaxtilə də olub. Bu adamın isə orda olması heç nəyi dəyişmir. Yəni ümumiyyətlə, Azərbaycan cəmiyyətində heç bir göstərici deyil”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
Siyasət 15:36
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub
Bayramov və Kallas Bakıda təkbətək danışıqlar aparır - Yenilənib
Siyasət 15:10
Bayramov və Kallas Bakıda təkbətək danışıqlar aparır - Yenilənib
Əliyev IPU baş katibi ilə görüşdə Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrin başladığını bildirib
Siyasət 14:19
Əliyev IPU baş katibi ilə görüşdə Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrin başladığını bildirib
Azərbaycanlı ekspertlər İrəvana gediblər
Siyasət 13:23
Azərbaycanlı ekspertlər İrəvana gediblər
Meloninin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:25
Meloninin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 22:12
İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
İlham Əliyevin adından Meloninin şərəfinə işçi şam yeməyi verilib
Siyasət 21:47
İlham Əliyevin adından Meloninin şərəfinə işçi şam yeməyi verilib
Prezident Meloni ilə geniş tərkibdə görüş keçirib - Yenilənib
Siyasət 19:46
Prezident Meloni ilə geniş tərkibdə görüş keçirib - Yenilənib
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Siyasət 18:32
Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol