• $
  • £

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası  formalaşdırıldı
03.07.2024 17:00
Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən "Real Madrid Foundation” ABB-nin baş sponsorluğu, Footland-ın təşkilatçılığı ilə bu il Azərbaycanda ikinci dəfə "Real Madrid Foundation Azerbaijan Clinic” proqramını həyata keçirib. "Sabis Sun International School”un ərazisində təşkil olunan futbol düşərgəsinin keçirilməsinə Visa, Epoint şirkətləri də dəstək verib. 

Belə bir düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 250 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu layihə beynəlxalq standartlara uyğun hazırlanıb. "Real Madrid Foundation” yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. 

Builki düşərgə zamanı aparılan seçimlər əsasında yeni bir uşaq futbol komandası formalaşdırılıb. Komanda ölkəmizi İspaniyanın Madrid şəhərində keçirilən "Real Madrid Foundation World Challenge" turnirində təmsil edəcək. 

Xatırladaq ki, ötən il formalaşdırılmış komanda da bu ilin martında həmin turnirə qatılıb və 16 ölkənin komandaları arasında ən güclülərdən olub. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol