• $
  • £

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu
03.07.2024 17:02

Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniya 1000-dən çox müsabiqə iştirakçısı arasında qalib seçilib
"Qızlara ağ yaraşır” layihəsi "White Square” Beynəlxalq Reklam və Marketinq Festivalında 2 nominasiya üzrə mükafatlandırılıb. Kampaniya "Gender bərabərliyi” kateqoriyası üzrə gümüş, "Brendlərin əməkdaşlığı” kateqoriyasına görə isə bürünc medalla təltif edilib. 

Əsas meyarı yaradıcı həllərin effektivliyi olan "White Square” Festivalı 5 ildən artıqdır ki, bütün dünya üzrə reklam və marketinq mütəxəssislərini bir araya gətirir. Bu il festivalda Avropa, Şimali və Latın Amerikası, MENA regionu və Asiyanın 35-dən çox ölkəsindən 1115 müsabiqə iştirakçısı innovativ ideyalarını nümayiş etdirib.

Xatırladaq ki, "Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Azercell və Cüdo Federasiyasının bu kampaniyası dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb. 

"Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: https://qizlaraagyarasir.az/#
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol