• $
  • £

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq
08.07.2024 11:19
Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi prosesinin hazırda davam etdiyini açıqlayıb.

Bu barədə VI çağırış parlamentinin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.


Onun sözlərinə görə, bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər.


"İndiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir”, - Bayramov bildirib. 


Deputat əlavə edib ki, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq.
 
"Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər. Dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub”, - deputat əlavə söyləyib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Cəmiyyət 00:27
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:49
Bu ərazilərdə qaz olmayacaq
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Cəmiyyət 21:28
Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
Yasamal rayonunda yanğın qeydə alınıb
Cəmiyyət 19:43
Yasamal rayonunda yanğın qeydə alınıb
Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır - DTX
Cəmiyyət 19:19
Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır - DTX
Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb
Cəmiyyət 18:08
Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb
İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi lisenziyaların sayı 20 mini keçib
Cəmiyyət 17:53
İqtisadiyyat Nazirliyinin sahibkarlara verdiyi lisenziyaların sayı 20 mini keçib
Qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib
Cəmiyyət 17:35
Qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Cəmiyyət 17:21
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol