Polkovnik Əflatun Məmmədov həbs edilib
Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov həbs edilib.Bu barədə “Bizim.Media” məlumat yayıb.
Bildirilir ki, sabiq rəis rüşvət ittihamı ilə bağlı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Əflatun Məmmədov 2026-cı ilin may ayında vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.