• $
  • €
  • ₽
  • ₺
  • £

Bayden Maskdan yorulduğunu yazıb

Bayden Maskdan yorulduğunu yazıb
18.07.2024 13:34
ABŞ prezidenti Co Bayden amerikalı sahibkar Elon Musk və onun "zəngin yaxınlarından” "yorulduğunu” söyləyib. Bu barədə o, özünün X səhifəsində yazıb.

"Mən Elon Musk və onun zəngin dostlarının seçkiləri almağa çalışmasından bezmişəm",  -  Bayden yazıb.

Daja sonra Bayden öz postuna Demokratlara ianə vermək üçün vebsayta  keçid linkini əlavə edib.  Dövlət başçısı həmçinin  Respublikaçılar  Partiyasından namizəd Donald Trampın Maskla fotosunu da postun içinə yerləşdirib. 

İyulun 15-də Respublikaçılar Partiyasının qurultayında Trampın özü rəsmən ABŞ prezidentliyinə namizəd olub.
 
CNN mənbələri iddia etdi ki, Mask şəxsən Trampa dostu Ohayo senatoru J.D. Vanceni özünə vitse prezident müəyyən etməyi xahiş edib. 
 
Bloomberg və The Wall Street Journal (WSJ) Maskın Tramp kampaniyasının sponsoru olmağa qərar verdiyini yazıb. WSJ-nin məlumatına görə, iş adamı bu iş üçün hər ay 45 milyon dollar ianə etməyə qərar verib.  Qəzet yazır ki, Maskın Tramp kampaniyasına edəcəyi ianə Amerika PAC adlı siyasi fəaliyyət komitəsi xətti ilə istifadə olunacaq.  Bu qurum siyasətçinin seçki qərargahı ilə birbaşa bağlı deyil.

Daha əvvəl WSJ yazmışdı ki, son vaxtlar Mask və Tramp əvvəllər bir-birini tənqid etsələr də, sahibkarın təşəbbüsü ilə ayda bir neçə dəfə zəngləşir. Trampa qarşı uğursuz sui-qəsd cəhdindən sonra Mask onu dəstəklədiyini bildir vərək  söyləyib ki,  Teodor Ruzveltdən sonra təxminən yüz ildir ABŞ-da "belə yaxşı namizəd” olmayıb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Dünya 22:15
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Dünya 21:22
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Dünya 17:27
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
Dünya 15:30
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Dünya 14:51
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol