• $
  • €
  • ₽
  • ₺
  • £

Nyu Yorkda “Cavad xan” filminin təqdimatı keçirilib - FOTO

Nyu Yorkda “Cavad xan” filminin təqdimatı keçirilib - FOTO
29.05.2020 04:40
 ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub Mədəniyyət Mərkəzində “Cavad xan” filminin nümayişi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən ANN.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli qonaqları salamlayaraq film haqqında danışdıqdan sonra mərasimə Azərbaycandan qatılan qonaqlara söz verilib. “Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış ediblər. Çıxışlardan sonra filmə baxış keçirilib. Qeyd edək ki, 2009-cu ildə lentə alınan “Cavad xan” filmi 19-cu əsrin əvvəllərində öz oğlanları ilə birlikdə vətən uğrunda rus qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır. “Cavad xan” filmini maraqla izləyən qonaqlar arasında Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və Nyu-York şəhərində yaşayıb çalışan həmyerlilərimiz də olub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol