• $
  • £

Cəmil Həsənlinin "Qızıl alma uğrunda Çin‑Sovet savaşı: Şərqi Türküstan. 1930‑1950" kitabı çap edilib

Cəmil Həsənlinin
27.08.2024 14:58
Tarix elmləri doktoru, London Universitetinin Tarix Araşdırmaları İnstitutunun baş elmi işçisi Cəmil Həsənlinin "Qızıl alma uğrunda Çin‑Sovet savaşı: Şərqi Türküstan. 1930‑1950" adlı kitabı işıq üzü görüb. Kitabı Azərbaycanda "Altun Kitab" MMC çap edib.

Cəmil Həsənli Turan-a bildirib ki, kitab XX əsrin 30-50-ci illərində Şərqi Türküstan tarixinin mübarizə ilə zəngin maraqlı bir dövrünü əhatə edir.

"Kitabda Şərqi Türküstana münasibətdə Sovet İttifaqı ilə millətçi və kommunist Çin arasındakı amansız qarşıdurmanın gizlinləri əks olunub. Bu kitab mənim SSRİ-nin cənub sərhədləri boyunca Türk boğazlarından tutmuş Tanrı (Tyanşan) dağlarına qədər böyük bir coğrafiyanı əhatə edən Sovet siyasəti mövzusunda yazdığım tarixi silsilənin yekunudur. Bu silsilə Türkiyə-İran-Qərbi Çindən (Şərqi Türkistan) keçir. "Qızıl alma uğrunda Çin‑Sovet savaşı" mənim bu mövzuda əvvəllər nəşr olunmuş (Moskvada (Flinta və Nauka və Harvardda) kitablarımın sadəcə təkrarı, tərcüməsi deyil. Son illər London Universitetində çalışmağım imkan verdi ki, Şərqi Türküstanda Çan Kayşinin millətçi siyasəti ilə Stalinin müstəmləkəçi siyasəti məngənəsində əzilən uyğur xalqının (qazaxlar, özbəklər, qırğızlar, tatarlar və digər müsəlman xalqlarla birlikdə) azadlıq və müstəqillik mübarizəsinə aid Britaniya Milli Arxivinin son dərəcə nadir sənədlərini araşdırım. Araşdırdım və onları bu nəşrə əlavə etdim", -  tarixçi qeyd edib.

Həsənli deyib ki, uzun illər qapalı qalan Türkiyə Xarici Siyasət Arxivinin (həm də Baş Bakanlıq arxivi) bir sıra sənədləri 2019-2021-ci illərdə açılıb.
"Həmin sənədlər ilə də bu araşdırmada tanış ola bilərsiniz. Sovet və Amerika sənədlərinə əlavə olaraq, tədqiqata cəlb edilən iki maraqlı ölkənin arxiv fondları yeni tarixi mənzərə ortaya qoyur. Nəticədə "Qızıl alma uğrunda Çin‑Sovet savaşı" yeni məzmun kəsb etdi.

Kitabda 1931-1934-cü ildə Şərqi Türküstan müsəlmanlarının azadlıq mübarizəsinə - Türk-İslam Cümhuriyyəti yaratmasına, 1944-1949-cu illəri əhatə edən üç oymak inqilabına, bu inqilabın nəticəsi kimi yaranan Şərqi Türküstan Cümhuriyyətinin fəaliyyətinə geniş yer verilib. Həmin dövrdə Əlixan (Əlixon) Törənin (sonra isə Əhmədcan Qasimi) rəhbərlik etdiyi Gulça hökuməti (İli, Tarbaqatay və Altay vilayətlərini əhatə edirdi) dramatik bir mübarizə yolu keçmişdi. Təəssüf ki, Stalin Güney Azərbaycanda olduğu kimi "Üç oymak” inqilabından da millətçi Çinə (Çan Kayşiyə) qarşı təzyiq vasitəsi kimi istifadə etdi və sonra uyğurların (qazax, özbək, qırğız, dunqan və digər müsəlman xaqlarının) istək və arzularını, ümidlərini Kommunist Çinə satdı və dedi ki, Orta Şərqdə Pakistan kimi (1947-ci il) ikinci bir müsəlman dövlətinin yaranması Sovetlərin və Çinin maraqlarına təhlükə törədə bilər", deyə tarixçi qeyd edib.
Onun sözlərinə görə, kitab Şərqi Türküstanın milli mücadiləsində mühüm rol oynamış üç əfəndinin, - Məsud Səbri Baykoz, Mühəmməd Emin Buğra və İsa Yusuf Alptəkinin xatirəsinə ittihaf olunub.

"Amma kitabda Gulça hökumətinin ilk başçısı milliyyətcə özbək olan Əli xan Törənin, qazaxların milli qəhrəmanı, Altay qartalı Osman Batur və onlarla, yüzlərlə, minlərlə adsız və adlı qəhrəmanların maraqlı həyat hekayəsi verilib. 1947-ci ildə Seyid Cəfər Pişəvəri avtomobil "qəzasında" həlak olduğu kimi, Stalin Əhmədcan Qasimi başda olmaqla Şərqi Türküstan liderlərini də bir Sovet təyyarəsinə yığıb Çin kommunistlərinin qələbəsi ərəfəsində İrkutsk səmasında (1949-cu ilin avqustunda) "qəzaya" uğratdı”, - Həsənli qeyd edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol