• $
  • €
  • ₽
  • ₺
  • £

Venesuela parlamenti İspaniya ilə əlaqələri kəsməyə çağırıb

Venesuela parlamenti İspaniya ilə əlaqələri kəsməyə çağırıb
09.10.2024 17:19
Venesuela Milli Assambleyasının üzvləri ölkə prezidenti Nikolas Maduroya İspaniya ilə diplomatik münasibətləri kəsməyi təklif etmək qərarına gəliblər.
 
Bu barədə "Telesur" telekanalı məlumat yayıb.

"Ölkənin icra hakimiyyətini İspaniya Krallığı ilə diplomatik və ticarət əlaqələrini kəsmək məsələsini dərhal nəzərdən keçirməyə çağırmaq. Həmçinin İspaniya Deputatlar Konqresinin Venesuela hakimiyyət orqanlarına kobud müdaxiləsinə cavab olaraq tədbirlərin görülməsini müzakirə etmək lazımdır”, - deputatların qəbul etdiyi sənədin mətnində deyilir.

Qeyd olunur ki, parlamentarilərin qərarı sentyabrın 11-də İspaniya parlamentinin Deputatlar Konqresinin Venesuela müxalifətinin lideri Edmundo Qonzales Urrutiyanın Bolivar Respublikasında keçirilən prezident seçkilərinin qalibi kimi tanınması ideyasını dəstəkləməsindən sonra verilib.

İyulun 28-də Venesuelada dövlət başçısı seçkiləri keçirilib. Venesuela Milli Seçki Şurasının protokolların demək olar ki, 97%-ni işlədikdən sonra elan etdiyi kimi, vətəndaşların 51,95%-i Maduroya, 43,18%-i isə Qonzalesə səs verib. Ertəsi gün Karakasın mərkəzində etiraz aksiyaları və iğtişaşlar başlayıb, bu zaman Venesuela hakimiyyətinin məlumatına görə, yanğına və digər cinayətlərə görə 2200-dən çox insan saxlanılıb.

Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Dünya 22:15
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Dünya 21:22
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Dünya 17:27
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
Dünya 15:30
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Dünya 14:51
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol