• $
  • €
  • ₽
  • ₺
  • £

Floridada fövqəladə vəziyyət elan edilib

Floridada fövqəladə vəziyyət elan edilib
09.10.2024 20:00
ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Departamenti ölkənin cənub-şərq sahillərinə yaxınlaşan "Milton" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.Bu barədə TASS xəbər verir.

Qurumdan bildirib ki, Floridaya tibbi avadanlıq və ləvazimatlarla birlikdə 100 xilasedici göndərilib. Bölgəyə həmçinin üç mütəxəssis qrupu gəlib ki, onlar yerli həmkarları ilə birlikdə qasırğanın xəstəxanalar, qocalar evləri və digər tibb müəssisələri üçün nəticələrini qiymətləndirəcək.

Daha əvvəl Florida ştatının Səhiyyə Departamenti belə bir xəbərdarlıqla çıxış edib ki, təbii fəlakət nəticəsində insanlar potensial təhlükəli olan infeksiyaya yoluxa bilərlər. Güclü yağış və daşqınlardan sonra mədə-bağırsaq xəstəliklərinə səbəb olan "Vibrio" bakteriyalarının konsentrasiyası əhəmiyyətli dərəcədə arta bilər.

Oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden Floridada "Milton" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi ilə bağlı göstəriş verib.

Qasırğanın oktyabrın 9-da və ya oktyabrın 10-u günün birinci yarısında Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Floridanın qərb sahillərində, o cümlədən Tampa körfəzində dalğanın hündürlüyü 5 m-ə çata bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Dünya 22:15
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
Dünya 21:22
Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Dünya 17:27
İsrail ordusu: HƏMAS-ın hərbi qanadının komandiri öldürülüb
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
Dünya 15:30
Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Dünya 14:51
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol