• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur rəqs qrupu ilk dəfə Azərbaycana gəlir

Məşhur rəqs qrupu ilk dəfə Azərbaycana gəlir
29.05.2020 04:38

SA Organization" artıq 15 ildir ki öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan şirkət bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub.

Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib. Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi, "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyədək tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, Ingrid Alberini, Imagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", "Tararam", "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s. məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə SA Organization" yeni konsert layihəsi ilə görüşünüzə gəlib.

Dünyaca məhşur step rəqsinin usta ifaçıları "Celtic Legends" rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı olacaq. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşadacaq.

1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramında tamaşaçılar professional rəqqasların sərgiləyəcəyi step rəqsinin ahəngindən zövq alacaqlar.

"Celtic Legends" qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında irland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məhşur rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli irland rəqsinin sehrli ilə ovsunlayıb. Qrupun xoreoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məhşur qəhrəmanı Uilyam Boltdur.

Trend

Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol