• $
  • £

Prezidentin bu çıxışını bütün salon alqışladı – VİDEO

Prezidentin bu çıxışını bütün salon alqışladı – VİDEO
13.11.2024 19:55
Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir.Bunu Prezident İlham Əliyev bu gün Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, həmçinin bu il, Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub:

"Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.
Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meloni Azərbaycana gələcək
Siyasət 23:38
Meloni Azərbaycana gələcək
Muxtar Babayev BMT Baş katibinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşüb
Siyasət 21:15
Muxtar Babayev BMT Baş katibinin iqlim məsələləri üzrə nümayəndəsi ilə görüşüb
Bayramov Aİ-nin xüsusi nümayəndəsi iləgörüşüb
Siyasət 20:52
Bayramov Aİ-nin xüsusi nümayəndəsi iləgörüşüb
İran və Ermənistan rəsmilərigörüşdü
Siyasət 20:48
İran və Ermənistan rəsmilərigörüşdü
Bayramov albaniyalı həmkarı ilə görüşdü
Siyasət 19:37
Bayramov albaniyalı həmkarı ilə görüşdü
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir
Siyasət 17:31
TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir
Azərbaycanda bu qurumlar birləşdirilib
Siyasət 15:00
Azərbaycanda bu qurumlar birləşdirilib
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb
Siyasət 14:41
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
Siyasət 12:25
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol