• $
  • €
  • ₽
  • ₺
  • £

ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər

ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklər
06.12.2024 15:03
13 dekabr 2024-cü ildə ABB-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda ABB-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiqlənməsi, həmçinin Bankın törəmə innovasiya şirkətinin yaradılması məsələlərinə baxılacaq.

Ölkəmizdə ilk dəfə olaraq ABB səhmdarları gündəlikdəki məsələlər üzrə elektron qaydada səs verəcəklər. Hər bir səhmdar 13 dekabr 2024-cü il tarixinədək şəxsi kabinetindəki "Səhmdarların Ümumi Yığıncağı” bölməsinə daxil olub elektron qaydada səsvermədə iştirak edə bilər. 

Milli Depozit Mərkəzi səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sistemini istifadəyə verdikdən sonra belə bir imkan yaranıb. 
Səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalında elektron formada yerləşdirilir. Səhmdarlar (https://invp.e-mdm.gov.az/) şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyindəki məsələlərlə tanış olur, məsələlərə münasibət bildirirlər.

Bu yeni xidmət yığıncaqların məsafədən təşkilinə, bildirişlərin, gündəlikdəki məsələlərlə bağlı məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına imkan yaradır. İstənilən səbəbdən (məsafə, vaxt və fors-major hallar) iclasda fiziki iştirak edə bilməyən səhmdarlar bu platforma vasitəsilə səs verə bilirlər. Yeni xidmət kağız daşıyıcılarından istifadənin minimuma endirilməsi baxımından da faydalıdır. ABB bu xidmətdən istifadə edən ilk səhmdar cəmiyyətdir.
Qeyd edək ki, 13 dekabr 2024-cü ildə keçiriləcək toplantı ABB səhmlərinin kütləvi emissiyasından sonra Bankın səhmdarlarının ilk ümumi yığıncağıdır. Səhm emissiyasından sonra hazırda ABB-nin 35 mindən çox səhmdarı var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:46
Azərbaycan nefti ucuzlaşıb
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
İqtisadiyyat 12:00
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Нефть Brent и WTI подешевела на мировых биржах
İqtisadiyyat 11:20
Нефть Brent и WTI подешевела на мировых биржах
“Azeri Light” neftinin qiyməti 4,1% ucuzlaşıb
İqtisadiyyat 11:02
“Azeri Light” neftinin qiyməti 4,1% ucuzlaşıb
Banklar Assosiasiyası problemli kreditlərlə bağlı təşəbbüslər qaldırıb
İqtisadiyyat 10:38
Banklar Assosiasiyası problemli kreditlərlə bağlı təşəbbüslər qaldırıb
Azərbaycanın bank sektorunun məcmu kapitalı 7,2 milyard manata çatıb
İqtisadiyyat 10:21
Azərbaycanın bank sektorunun məcmu kapitalı 7,2 milyard manata çatıb
Цены на золото и серебро на бирже COMEX вновь выросли
İqtisadiyyat 10:00
Цены на золото и серебро на бирже COMEX вновь выросли
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:06
Avro və rubl bahalaşıb - məzənnə
Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
İqtisadiyyat 15:19
Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol